Həmədanda keçirilən mürəkkəb əməliyyat nəticəsində Məhəmməd Mehdi Fərhadi adlı şəxs evində hədəfə alınaraq öldürülüb. Fərhadi ABŞ-nin sanksiya siyahısına salınıb.
ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına görə, Fərhadi və Humən Heydərian adlı iki şəxs ABŞ dövlət qurumlarının kompüterlərinə haker hücumu etmək və İslam Respublikasına qarşı çıxan şəxslər və qruplarla bağlı təhlükəsizlik məlumatlarını oğurlamaqla ittiham olunurdular. Fərhadi “Məhdəvi Məhdəvi” kimi tanınırdı.
Sosial mediada yayılan görüntülərə görə, Fərhadinin yaşadığı məhəllədə bir banner quraşdırılıb. Bannerdə o, “naməlum əsgər” və “nüvə alimi” kimi təsvir olunur.
visiontv.az
"Azacıq ağlı olan hər kəs Müctəbanın Əli Xameneidən sonra rəhbər seçilməsi fikrinə gülər"