"Azacıq ağlı olan hər kəs Müctəbanın Əli Xameneidən sonra rəhbər seçilməsi fikrinə gülər"
11.03.2026

Müctəba Xamenei dini rəhbər kimi adı açıqlandıqdan sonra İran parlamentinin radikal nümayəndələrindən biri olan Həmid Rəsainin bir videosu yayılıb.

O, Müctəba Xameneinin Ali rəhbər kimi seçilməsi məsələsi gündəmə gəlməzdən əvvəl demişdi ki, azacıq ağlı olan hər kəs Müctəba Xameneinin Əli Xameneidən sonra rəhbər seçilməsi fikrinə gülər. Onun sözlərinə görə, İran İslam Respublikasında rəhbərin seçilmə mexanizmi və qaydaları elədir ki, rəhbərliyə namizəd olan şəxsin ciddi icra təcrübəsi olmalıdır və sadəcə istənilən şəxsi rəhbər seçmək mümkün deyil.

İndi isə, Məclisi-Xübreganın Müctəba Xameneinin adını rəhbər kimi elan etməsi bu sualları ortaya çıxır: Müctəba Xamenei hansı meyarlara əsasən rəhbər seçilib? Onun hansı icraçı və ya siyasi təcrübəsi bu seçimi əsaslandırıb?

Digər mühüm sual isə budur ki, ABŞ və İsrail daha əvvəl Əli Xameneinin mümkün varislərinin hədəfə alınacağını bildirdiyi halda, belə bir şəraitdə Müctəba Xameneini rəhbər kimi irəli sürmək onu təhlükəyə atmaq demək deyilmi?

Belə bir qərarı verənlər kimlərdir və bu seçimin arxasında hansı siyasi məqsədlər dayanır?

Həmçinin belə bir ehtimal da müzakirə olunur ki, görəsən, Sepah daxilində Əli Xamenei ailəsindən sonrakı mərhələyə keçid – yəni hakimiyyətin Xamenei ailəsindən kənara çıxarılması – ssenarisi gündəmdədirmi?

visiontv.az