Türkiyədə 6 azərbaycanlı koronavirusa yoluxdu - RƏSMİ AÇIQLAMA
14.04.2020

Türkiyədə 6 azərbaycanlıya “COVİD-19” diaqnozu qoyulub.

Visiontv.az xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki Səfiri Xəzər İbrahim REAL TV-nin Türkiyə bürosuna açıqlamasında deyib. 

Onların vəziyyəti barədə açıqlama verən səfir bildirib ki, koronavirusa yoluxan həmyerlilərimizin vəziyyəti yaxşıdır.

“COVİD-19”a yoluxan azərbaycanlılar 20-50 yaş qrupundan olan şəxslərdir.

Səfir Türkiyənin müxtəlif şəhərlərində yaşayan 8000-dən çox azərbaycanlıya yardım edildiyini və yardımların bundan sonra da davam etdiriləcəyini bildirib.