Türkiyənin Antaliya şəhərinin Gözəloba məhəlləsində yaşayan 3 iranlı qardaşın cəsədi aşkar edilib.
Bu barədə Türkiyənin "Anadolu" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, 34 yaşlı Məhəmmədrza, 26 yaşlı Möhsün və 23 yaşlı Əmirhüseynin ölüm səbəbini araşdırılması üçün Tibbi Ekspertiza Mərkəzinə aparılıblar.
Türkiyəyə işləmək üçün getdikləri deyilən qardaşlar son dəfə oktyabrın 28-də İrandakı ailələri ilə telefonla əlaqə saxlayıblar.
visiontv.az