Türkiyə polisi Uşak vilayətində narkotik maddələr daşıdıqlarına görə 3 iranlını həbs edib.
Bununla bağlı "Haberqlobal" məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı iranlılardan 1.516 kq metafetamin aşkarlanaraq götürülüb.
Adları açıqlanmayan iranlılara qarşı cinayət işi açılıb.
visiontv.az