Türkiyə İsrael arasında Suriyada arzuolunmaz ssenarilərin qarşısının alınması üçün gərginliyin azaldılması mexanizminin yaradılmasına start verilib.
Tərəflər arasında gərginliyin azaldılması ilə bağlı mexanizmlərin işlənməsi məqsədi ilə ilk görüş aprelin 9-da Azərbaycanda keçirilib.
Bakıda keçirilən bu texniki danışıqlar regionda hərbi əməliyyatlarla bağlı potensial toqquşmaların və ya anlaşılmazlıqların qarşısını almaq üçün kanal yaratmaq səylərinin başlanğıcı olub.
Görüşdə Türkiyə tərəfini MSB -nın yüksək vəzifəli rəsmisinin rəhbərlik etdiyi nümayəndə heyyəti , İsrael tərəfini isə ölkə rəhbərinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Tsaxi Haneqbinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil ediblər.
Yeganə Hacıyeva
visiontv.az