TSK-nın ağır nəqliyyat helikopterləri də zəlzələ bölgəsinə cəlb edilib
TSK-nın ağır nəqliyyat helikopterləri də zəlzələ bölgəsinə cəlb edilib
07.02.2023 MEDİA Tərəfindən

Türkiyə Silahlı Qüvvələrinin (TSK) Quru Qoşunları Komandanlığının “CH-47” tipli ağır nəqliyyat helikopteri zəlzələ bölgəsinə dəstək üçün Ankaradan havaya qalxıb.

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, episentri Kahramanmaraşın Pazarcık və Elbistan səmtlərində qeydə alınan zəlzələlərdən sonra Mehmetcik dağıntılar altındaki vətəndaşları xilas etmək bütün gücüylə mübarizə aparır.

Türkiyə Milli Müdafiə Nazirliyi Quru Qoşunları Komandanlığının “CH-47” tipli ağır nəqliyyat helikopterlərinin zəlzələ bölgəsinə göndərildiyi açıqlayıb.

Helikopterlər bölgədə şəxsi heyət və digər avadanlıqların daşınması başda olmaqla bir çox işi yerinə yetirəcək.

İlahə Əliyeva