Təbrizin "Traxtur" İdman Klubu sloveniyalı məşqçi Sanel Koncoviçlə müqavilə bağlayıb və o bundan sonra Təbriz təmsilçisini serbiyalı baş məşqçisi Draqan İskoçiçin köməkçisi qismində çıxış edəcək.
Bu haqda "Traxtur" klubu məlumat yayıb.
Koncoviç son 20 il ərzində "İnterblok Lyublyana", "Radomięłe", "Toulmin", "İlirija" və "Gorica" da daxil olmaqla bir neçə komandada çıxış edib.
Sloveniyalı məşqçi, daha çox gənc futbolçuların təlimi və inkişafına verdiyi töhfələri ilə tanınır.
visiontv.az