İran Futbol Federasiyasının Etika Komitəsi "Traxtur" Klubunun iki məsul şəxsini izahat vermək üçün çağırıb. Bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, "Traxtur" Klubunun direktorlar şurasının sözçüsü Məhəmməd Həsənnəjad və klubun media məsulu Kərim Camalının Etika Komitəsində olmalarını tələb edib.
Bu, dekabrın 18-də Təbrizin Səhənd (Yadiqari imam) stadionunda Tehranın "Pespolis" komandası ilə "Traxtur" komandası arasında keçirilən görüşdəki hadisələrlə bağlıdır.
"Perspolis"in iddiasına görə, həmin görüş zamanı Tehran təmsilçisinin oyunçuları və baş məşqçisinə qarşı təhqiramiz ifadələr işlədilib.
Qeyd edək ki, dekabrın 18-də Təbrizin "Səhənd" stadionunda keçirilən qarşılaşmada "Traxtur" azarkeşləri bundan əvvəl Tehranda azərbaycanlılar və türklərə qarşı səsləndirilən təhqiramiz ifadələrə cavab şüarları səsləndiriblər.
Bu, həm də, İran Futbol Federasiyasının bütün türklərə qarşı səsləndirilən şüarlara görə Tehran təmsiçisinə qarşı heç bir cəza görməməsinə etraz reaksiyası olub.
visiontv.az