Gürcü kimliyi və mədəniyyəti erməni hədəfində
29.12.2025

Gürcüstan "Azadlıq" Partiyasının başçısı Rezo Şavişvili, 1990-cı ildə etdiyi bir açıqlamada deyir ki, "Ermənilər, əgər Dağlıq Qarabağ mövzusunu açmasaydılar, Gürcüstandakı erməni bölgəsinin Ermənistana qatılması tələbini irəli sürəcəkdilər".

Bəli, bu ermənilərin təkcə Azərbaycan və Türkiyəyə qarşı deyil, Gürcüstana da qarşı ərazi iddialarının olmasını göstərir. Türkmənçaydan sonra Rusiyanın sayəsində Qafqaza gələn ermənilər qarşılarına regionda olan bütün xalqlara qarşı bir niyyət var idi: Bütün xalqlar ölməli, region onlara qalmalıdır. Ermənilər fikirləşirdilər ki, Qarabağ, Naxçıvandan sonra hədəf Gürcüstan ərazisidir.

Xüsusən da İrəvanda dövlət tərəfindən himayə olunan “Cavakx” cəmiyyəti, “Mitk” analitik mərkəzi, “Yerkir” birliyi, Virk partiyası və “Cavakx xalq hərəkatı” açıq şəkildə Gürcüstana qarşı torpaq iddiası irəli sürürlər və iddia edirlər ki, Cavaxetiya tarixi erməni torpağıdır və biz ona sahib çıxmalıyıq. Ehtimal ki, yaxın vaxtlarda Gürcüstan torpaq iddiası ilə yanaşı “soyqırımı problemi”ylə də üz-üzə qalsın. Çünki sosial media ilə yanaşı siyasi dairələrdə Tblisinin ünvanına təhdid dolu ifadələr səsləndirilir son illərdə.

Gürcüstanın unitar dövlətdən federal dövlətə keçməsi və Cavaxetiyanın "erməni subyekti" kimi tanınması ideyası mütəmadi olaraq səsləndirilir. Erməni dilinin bölgədə ikinci rəsmi dil olması tələb edilir.

Bu gün ermənilər Gürcüstanda konkret yerli xalqa məxsus abidələr, mədəni dəyərlər, mətbəx, musiq və digərlərin erməniləşdirmək üçün işlər görürlər.

• Ermənilər qədim gürcü kilsələrinin divarlarındakı gürcücə yazıları silib, yerinə erməni dilində daşlar yerləşdirərək binanın yaşını və mənşəyini saxtalaşdırırlar.

• Ermənilərin məşhur gürcü xəngəli, xaçapuri və digərlərini öz adları ilə (bəzən kiçik dəyişikliklərlə) beynəlxalq festivallarda təqdim edirlər.

• Gürcüstan şərabın vətəni sayılır . Ermənilərin "ən qədim şərabçılıq bizdədir" iddiası gürcü tərəfindən tarixi faktların təhrifi kimi görülür.

• Sulquni pendiri növünün də erməni brendi kimi tanıdırılar

• Gürcüstanın "Matsoni" adlanan süddən hazırlanan milli yoğurtunu oğurlayan ermənilər iddia edirlər ki, bunu qədim ermənilər yunanlara, onlar da gürcülərə öyrədiblər.

• Erməni tarixşünaslığında iddia olunur ki, gürcü əlifbasını da erməni Mesrop Maştots yaradıb.

• Gürcülərə məxsus olan bir çox folklor musiqi nümunələri və sürətli dağlı rəqslərinin erməni mədəniyyətinin bir parçası kimi təqdim edirlər

• "Pələng dərisi geymiş pəhlivan": Şota Rustavelinin əsərinin erməni mənşəli olduğu və onun özünün erməni olduğu barədə absurd iddialar irəli sürülür.

• Şuşanikin şəhadəti": Gürcü ədəbiyyatının ən qədim nümunəsi sayılan bu əsərin qəhrəmanı erməni şahzadəsi olduğu üçün erməni tərəfi bu əsəri öz ədəbi irsi kimi təqdim etməyə çalışır.

• Gürcüstanın ən müqəddəs yerlərindən olan Mtsxetadakı Cvari kilsəsinin və digərlərinin erməni memarlar tərəfindən tikildiyi və onlara aid olması təbliğatı aparılır. Zəruri qeyd edim ki, Bondo Arveladze bu mövzuda bir neçə kitab yazaraq qeyd edir ki, ermənilər tərəfindən iddia edilən 600-dən çox kilsənin mütləq əksəriyyəti əslində qədim gürcü kilsələridir ki, sonradan qaçqın erməni əhalisi ora yerləşəndə daxili interyerdə dəyişikliklər ediblər.

• Erməni tərəfi tez-tez vurğulayır ki, XIX əsrdə Tiflisin əhalisinin əksəriyyəti ermənilər olub və şəhəri onlar tikib.

• Gürcü mifologiyasında Qafqaz dağlarına zəncirlənmiş qəhrəman Amirani (Prometeyin prototipi) obrazının əslində erməni mənşəli olduğunu iddia edirlər.

• Erməni xəritələrində Gürcüstanın cənub rayonlarındakı bir çox kənd və çay adları qədim erməni adları kimi göstərilir. Məsələn, Gürcüstanın "Trialeti" bölgəsini "Erməni yaylası"nın bir hissəsi kimi təqdim etməyə çalışırlar.

• Gürcülərin qədim dövrlərdən bəri istifadə etdiyi ulduz və vaxt hesablama sistemləri bəzən erməni alimləri tərəfindən "qədim erməni astronomiyası"nın bir qolu kimi təqdim olunur. Xüsusilə, Gürcüstanın cənubunda yerləşən qədim rəsədxana qalıqları və bürclərlə bağlı xalq inanclarını öz adlarına çıxmağa çalışırlar.

Bu siyahını uzatmaq olar. Gürcü xalqının gələcəyinə çox pessimist yanaşıram. Gürcülər ermənilərin bu hərəkətlərini "tarixi parazitizm" adlandırsalar da onlara qucaq açırlar. Ciddi gürcü alimləri hesab edirlər ki, Ermənistan özünün olmayan nailiyyətləri mənimsəməklə regionda süni bir "qədimlik və üstünlük" imici yaratmağa çalışır. Ermənilərin Abxaziya müharibəsi zamanı gürcülərə qarşı vuruşan "Baqramyan taboru" barədə də qonşu dövlətə məsləhət görərdim unutmasını.

Son olaraq Gürcü xalqı unutmasın: ermənilərin bu gün gürcüdən oğurladığı, sabah həmin torpaqlarda qaldırılacaq separatçı bayraqların ilk addımıdır.

Prof.Dr. Zaur Əliyev

visiontv.az