"Azərbaycan və İranda siyasi məhbuslarla məlumat və həmrəylik" adlı konfrans "Berlin İnsan Haqları və Demokratiya Evi"ndə baş tutub.
İnsan haqları müdafiəçiləri, jurnalistlər hüquqşünasların iştirak ilə keçirilən konfransda İranda insan haqlarının vəziyyəti, azərbaycanlı siyasi və milli məhbuslara qarşı olan təzyiqlər müzakirə olunub.
Çıxışçılar İran hökumətinin narazılara qarşı repressiyalarını pisləyib, bunun daha ağır nəticələr verə biləcəyi barədə xəbərdarlıq ediblər.
visiontv.az