Türkiyədəki NATO sammitindən qayıdarkən təyyarədə jurnalistlərə danışan Tramp bildirib ki, İrana sarsıdıcı zərbə vurublar: "Zərbələrin nisbəti 20-yə 1 idi. Onların hər bir hücumuna 20 zərbə ilə cavab verəcəyik və ötən gecə də bunu etdik".
İrandan amerikalılarla danışıqları aparan parlament sədri Məhəmməd Baqir Qalibaf "X" sosial şəbəkəsində yazıb ki, Hörmüz boğazı ABŞ-nin təhdidləri ilə deyil, yalnız İranın göstərişi ilə açıq olacaq.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) artıq qonşu Bəhreyn və Küveytdəki iki hərbi bazaya zərbə endirdiyini açıqlayıb. SEPAH həmçinin bildirib ki, Amerika tərəfi hücumları dayandırmasa, zərbə zonasını genişləndirəcəklər.
visiontv.az