Tofiq Yaqublunu aclığı dərhal dayandırmağa çağırıram-Mir Şahin
17.09.2020

Mən Tofiq Yaqublunu aclığı dərhal dayandırmağa, dövlətə şantaj yolu ilə təzyiq göstərən avantürist güruhun yedəyində getməməyə çağırıram. Heç bir şərt irəli sürmədən! Dərhal!

Visiontv.az xəbər verir ki, bu sözləri tanınmış telejurnalist Mir Şahin paylaşıb.

“Onun ailəsi, yaxınları və həmfikirlərindən də Tofiq Yaqubluya təsir göstərməyi, səhhətinə qarşı həyata keçirdiyi tədrici intihar aktını təcili dayandırmaq üçün iradə nümayiş etdirməyi tələb edirəm.

Əks təqdirdə məsuliyyət T.Yaqublunu bu yola həvəsləndirərək təhrik edən, aclıq aksiyasının yeganə düzgün yol olduğunu təbliğ və təlqin edən qüvvələrin üzərinə düşür!”

Axar.az