Nərimanov rayon Məhkəməsində tanınmış tele-jurnalist Günel Gözəlovanın həyat yoldaşının sağlamlığını itirməsinə səbəb olan həkim Araz Bayramova qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesinin 2-ci baxış iclası keçirilib.
Visiontv.az xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə baş tutan prosesə, uroloq-androloq Araz Bayramov bu dəfə də qatılmayıb. Məhkəmədə onu vəkili Asif Mədətov təmsil etdb.