Təhsil nazirindən "Son zəng"in keçirilməsi bağlı MARAQLI TƏKLİF
27.04.2020

"Bəzi şagirdlər və məzunlar kreativlik nümayiş etdirib "Son zəng" tədbirini online keçirə bilərlər".

Visiontv.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, hər bir şagirdin həyatında "Son zəng" tədbirinin xüsusi yeri var, ancaq prioritetləri düzgün müəyyən etməliyik: "XI sinif şagirdləri də artıq yetkin insandırlar. İnanıram ki, onlar da mövcud vəziyyətə uyğun olaraq addımlar atacaqlar".