Tehranın Beheşti, Xarəzmi, İran İncəsənəti, Pars Memarlıq və İncəsənət Universitetləri, Tehran Universitetinin Tətbiqi Sənətlər Fakültəsi və bu universitetin mərkəzi kampusunda tələbələr yenidən etiraz eyləmləri keçiriblər.
Bu barədə tələbə hərəkatına bağlı sosial media şəbəkəsi məlumat yayıb.
Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirib, saxlanılan tələbələrin azadlığını istəyiblər.
Eyləmlərdə iştirak edən 3 tələbənin həbs edildiyi bildirilib.
Qeyd edək ki, tələbələrin yeni etiraz dalğası fevralın 21-dən Təbriz və Məşhəd universitetlərinə başlayıb.
visiontv.az