“Rusiya qoşunlarının Xersonda müsəlman dini icmasına məxsus məscidə hücumunun nəticələri - binanın pəncərələri sınıb, fasad və daxili otaqlar zədələnib.
Hətta müsəlmanlar üçün müqəddəs olan Ramazan ayında belə rusiyalılar bir daha açıq şəkildə nümayiş etdirirlər ki, onlar üçün heç bir dini dəyər mövcud deyil”, - deyə Xerson vilayət hərbi administrasiyasında bildirilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
visiontv.az