Rusiya qoşunları Pokrovsk üzərində nəzarəti tam ələ keçirib
28.02.2026

Şəhərə hücum 2024-cü ilin fevralında, ondan 39 km məsafədə yerləşən Avdeyevkanın alınmasından sonra başlayıb.

ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun məlumatına görə, 28 yanvardan etibarən açıq mənbələrdə şəhər daxilində döyüş əməliyyatlarını təsdiqləyən faktlar yoxdur.

Analitiklər məhz bu əsasla fevral ayı ərzində şəhər üzərində tam nəzarətin bərqərar edildiyi qənaətinə gəliblər.

DeepState isə çərşənbə axşamı axşam saatlarına olan vəziyyətə görə Pokrovskun şimal kənarını hələ də “boz zona” kimi göstərməkdə davam edib.

Fevralın 21-dək şəhərin şimal-qərb hissəsi də eyni statusda idi.

Pokrovsk təxminən 30 kvadrat kilometr əraziyə malik şəhərdir və müharibədən əvvəl əhalisi 60 minə yaxın olub.

2024-cü ilin avqustunda Rusiya qüvvələri şəhərə yaxınlaşıb, lakin ISW-nin qiymətləndirməsinə əsasən, 2025-ci ilin noyabr ayının sonuna qədər ərazinin təxminən 46%-nə nəzarət edirdilər.

visiontv.az