İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin yerli bölməsinin əməkdaşları Təbriz yaxınlığındakı Sərdəri şəhərində yaşayan milli fəal Yaşar Həsənpuru həbs ediblər.
Bu barədə insan haqları təşkilatları fəalın ailəsinə istinadən məlumat yayıb.
Məlumata görə, fəalın evinə hücum edən məmurlar, ona qarşı zorakılıq ediblər.
Həsənpurun həbs səbəbi və hara aparıldığı barədə məlumat verilməyib.
Y.Həsənpur bundan əvvəl də dinc fəaliyyətlərinə görə, təqib və təzyiqlərlə üzləşib.
visiontv.az