Tehranda hökumətyönlü mitinqdən yayılan reportaj və görüntülərdən sonra yetkinlik yaşına çatmayanların hərbi və hərbiləşdirilmiş fəaliyyətlərə cəlb olunması məsələsi yenidən diqqət mərkəzinə düşüb.
İddialara görə, Tehranın cənub bölgələrində təşkil olunan tədbirlər zamanı uşaqlar və yeniyetmələr hərbi təlimlərdə iştirak edib, nəzarət məntəqələrinin monitorinqinə cəlb olunub və simvolik formada “hərbi xidmətə qəbul” mərasimlərində yer alıblar.
Müşahidəçilər bu cür addımların cəmiyyətə psixoloji təzyiq məqsədi daşıdığını və uşaqların təhlükəli şəkildə siyasi-hərbi proseslərə daxil edildiyini bildirirlər.
visiontv.az




