İranın xarici işlər naziri Abbas Əraqçı Azərbaycan səfəri ilə bağlı özünün "Instagram" səhifəsində paylaşım edib:
"Azərbaycan Respublikasının paytaxtı Bakıya səfərim zamanı (7-8 dekabr) möhtərəm prezident, cənab İlham Əliyev, hörmətli xarici işlər naziri cənab Ceyhun Bayramov, hörmətli Baş nazirin müavini cənab Şahin Mustafayev, eləcə də Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarova ilə ətraflı və konstruktiv görüşlər keçirdim.
İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı münasibətlər, coğrafi yaxınlıqdan kənara çıxaraq, Arazın hər iki tərəfindəki xalqların qədim qohumluğuna əsaslanan dərin tarixi, mədəni və sivilizasiya əlaqələrini əks etdirir.
Əraqçının paylaşımında deyilir: "Bu münasibətlər bu gün iqtisadi, tranzit, siyasi, mədəni və humanitar sahələr də daxil olmaqla bütün sahələrdə genişlənir və iki ölkə bu ortaq təmələ əsaslanaraq əməkdaşlığını strateji səviyyəyə qaldırmaq əzmindədir.
Bütün görüşlərdə Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin qorunmasının zəruriliyi bütün ölkələrin tərəqqisi və çiçəklənməsi üçün ilkin şərt kimi vurğulandı və heç bir üçüncü tərəfin iki ölkə arasındakı konstruktiv münasibətlərə mənfi təsir göstərə bilməməsinə təkid olundu.
Tehran və Bakı qarşılıqlı hörmətə əsaslanan ortaq, təhlükəsiz və şərəfli bir gələcək qurmaq əzmindədirlər".
visiontv.az