İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları ictimai fəal Yaşar Təbrizinin (Əkbər Quluzadə) evinə hücum edib.
Bu barədə fəal özü məlumat yayıb.
Onun sözlərinə görə, ötən gün noyabrın 12-də məmurlar məhkəmə hökmü olmadan evə basqın edib, axtarış aparıb və onun mobil telefonunu müsadirə edilər.
"Evdə axtarış aparıldıqdan sonra məndən noyabrın 18-də dindirilmək üçün təhlükəsizlik idarəsinin yerli bölməsinə getməyimi tələb etdilər",- Yaşar Təbrizi bildirib.
O deyib ki, məmurlar bunun prokurorluğunun tələbi olduğunu idda ediblər.
Təhlükəsizlik məmurları bundan əvvəl 14 sentyabr 2023-cü ildə Yaşar Təbrizini Təbrizdə həbs edərək təhlükəsizlik idarəsinin istintaq təcridxanasına aparıblar.
Bir neçə gün dindirildikdən sonra Tehranın Evin həbsxanasının 204 saylı təhlükəsizlik bölməsinə köçürülən azərbaycanlı fəal 25 aprel 2024-cü ildə girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.
O, "hökumətə qarşı təbliğat"da günahlandırılıb və barəsində 1 il həbs qərarı çıxarılıb.
Yaşar Təbrizi dinc ictimai və mədəni fəalliyyətlərinə görə bir neçə dəfə həbs edilib.
visiontv.az