Təbrizli xanım fəallar məhkəməyə çağırıldı
31.01.2026

İranda etiraz aksiyalarının yatırılmasından sonra Güney Azərbaycan şəhərlərində milli fəallara qarşı təzyiqlər artıb.

Bu barədə yerli mənbələr məlumat yayıb.

Məlumata görə, milli fəallar Fərzanə Daniyar, Fatimə Dadaşzadə və Aşqın İmami Təbrizin İnqilab Məhkəməsinin 8-ci bölməsinə çağırılıblar.

Onlara göndərilən çağırış məktubunda 5 gün ərzində adı çəkilən məhkəmə bölməsində olmaları istənilib.

Fəallara qarşı hansı ittihamların irəli sürüldüyü barədə məlumat verilməyib.

Qeyd edək ki, məhkəməyə çağırılan xanım fəallar bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə təzyiq və təqiblərlə üzləşiblər.

visiontv.az