Qazaxıstanın Baş Prokurorluğu Çeçenistan əsilli Mənsur Mövlayevin Rusiyaya ekstradisiyasına qərar verib. Bununla da Rusiya Baş Prokurorluğunun müraciəti təmin olunub. Məlumatı hüquqşünas Murat Adam yayıb.
2025-ci ilin sonunda Qazaxıstan Mövlayevə sığınacaq verilməsindən imtina edib. Vəkilinin dediyinə görə, hakimiyyət bu qərarı Mövlayevin sığınacaq meyarlarına cavab verməməsi ilə əsaslandırıb. Məhkəmənin qərarından şikayət verilib, ilkin dinləmə fevralın 11-nə təyin olunub.
visiontv.az