Çin eyni zamanda özünün kosmik və peyk kəşfiyyatını sınayır. ABŞ bu sahədə mütləq lider və indiyə qədər rəqibsiz tərəf olub. Çin də ilk dəfə bu imkanlarını Rusiyanın Lviv və Odessaya zərbələri zamanı sınayıb.
İndi isə ən önəmli istiqamətdə İrana dəstək verir. Mənbələr qeyd edir ki, nəticələr çox yaxşıdır. İran ABŞ-ın addımlarından əvvəl xəbər tutur. Təsadüfi deyil ki, ABŞ İrana hücumu buna görə artıq 3 dəfə təxirə salaraq zaman dəyişib.
Çin İrana 12 günlük müharibədən sonra hərbi potensialını bərpa etməsi üçün ballistik raketlər üçün bərk yanacaq komponentləri, dəqiq yönləndirmə sistemləri, mikroprosessorlar və raket yanacağı üçün kimyəvi maddələr tədarük edib.
Eyni zamanda, Çin İranın hava hücumundan müdafiə və radar imkanlarını gücləndirir, o cümlədən İsrailin F-35 kimi “stealth” təyyarələrini aşkar edə bilən qabaqcıl radar sistemləri ilə ilk dəfə İranı təchiz edib.
Çin 2025-ci ildə İsrailin İran ərazisində həyata keçirdiyi hücumlardan sonra Mossadın İrana nə dərəcədə sızdığını ciddi şəkildə izləməyə başlayıb.
Çin hazırda İranla texniki və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirib. Çin İranın dövlət məlumat bazalarına və proqram təminatına İsrail kəşfiyyatının necə daxil olduğunu araşdırmağa kömək edir və Qərb mənşəli sistemlərin yerinə Çin istehsalı olan qapalı və daha təhlükəsiz texnologiyaların tətbiqini təşviq edir.
Bundan əlavə, İran ABŞ və Qərb GPS sistemlərindən imtina edərək Çin tərəfindən yaradılmış BeiDou naviqasiya sisteminə keçməyi planlaşdırır. Eyni zamanda Pekin öz peyk və kosmik sistemlərinə İran üçün giriş icazəsi verib.
Siyasət akademiyası
visiontv.az