İran İraq və Əfqanıstandan könüllülər yığır
31.01.2026

Amerikanın İrana hücum ehtimalının artması ilə eyni vaxtda İran hökuməti bölgədəki proksi qüvvələrinin dəstəyinidən arxayın olmağa və onları yenidən meydana gətirməyə çalışır.

İraqın SEPAH-a bağlı "Əl-Nücəba" hərəkatının icra şurasının rəhbəri Nazim əlsSəidi qrupun İraqın bütün əyalətlərində könüllülərin cəlb edilməsi prosesinə başladığını elan bildirib.

O, açıqlamasında Vaşinqtonla hər hansı bir əlaqəni "təkrarlanan aldatma" kimi xarakterizə edərək İrana və ya onun rəhbərlik strukturuna qarşı hər hansı bir hücumun gözlənilməz cavabla qarşılanacağını iddia edib.

Eyni halda İraqın "Hizbullah" briqadalarının baş katibi Əbu Hüseyn əl-Həmidavi də "İran İslam Respublikasını müdafiə etmək" üçün könüllülərin qeydiyyat kampaniyasının başladığını bildirib.

Bu qəbildən olan səylərin davamında İranın Əfqanistanın Məzar Şərifdəki baş knsulluğunda tədbir keçirilib.

Tədbirdə ölkənin şiə din xadimləri və İrana bağlı qrupların rəhbərləri iştirak edib.

Onlar İrana qarşı hər hansı hücumda Əli Xaməneini dəstəkləyəcəklərini bildiriblər.

İranın baş konsolu Əlirza Əhmədi tədbirdə çıxış edib və dəstəyə görə əfqanıstanlı şiə alimlərinə minnətdarlığını bildirib.

Qeyd edək ki, əfqanistanlı şiələrdən təşkil tapan SEPAH-a bağlı "Fatemiyyun" silahlı qruplaşmasının İranda etirazçılara qarşı repressiyalarda iştirak etdiyi barədə məlumatlar yayılıb.

visiontv.az