GADTB xəbər verir ki, dünən Təbrizdə Sosial Təminat Təşkilatında çalışan işçilər etiraz aksiyası keçiriblər.
Şərqi Azərbaycan əyalətinin Sosial Müdafiə Təşkilatının qarşısında toplaşan işçilər əmək haqları və müavinətlərinin az olmasına etirazlarını bildiriblər.
Etirazçılar bundan öncə keçirdikləri aksiyalardan sonra əmək haqlarının artırılacağına söz verildiyini, ancaq buna əməl olunmadığnı deyiblər.
visiontv.az