Şərqi Azərbaycana məxsus olan "Ata" hava yolları şirkətinin təyyarəsində sərnişinlərə Azərbaycan dilində xoş gəldin deyilməsi panfarsistlərin etirazları ilə qarşılaşıb.
Bu barədə sosial media platformalarında məlumatlar yayılıb.
Tanınmış sosial media fəalı, panfarsist siyasi cərəyana mənsub Əmir Seyyidin məsələ ilə bağl paylaşım edib və narahatlığını bildrib:
"Ata aviaşirkətinin 5056 nömrəli Tehran-Təbriz uçuşunda hostes türk dilində sərnişinləri salamlayıb və xoş gəldin dedi, maraqlandım və bunun iki həftədir belə olduğunu bildirdilər. Bilmirəm İranın rəsmi dövlət dili dəyişib yoxsa Ata aviaşirkətinin rəhbərliyinə separatçılar gətirilib".
Qeyd edək ki, Ata aviaşirkəti 2018-ci ildə "Traktor" Futbol Klubunun sahibi, tanınmış azərbaycanlı iş adamı Məhəmmədrza Zunuzi tərəfindən təsis edilib.
visiontv.az