Yəhudi sanhedrininin baş kahini Yossef Ben Kayafanın təzyiqi ilə Pilat İsanı və onunla bərabər Dismas və Gestas adında iki oğrunun çarmıx əmrini verdi. Çarmıx günorta saat 3-də başladı və Kayafa İsanın dərhal öldürülməsini tələb edirdi. Çünki səhər Yəhudi bayramı olduğu üçün ortalıqda cəsəd falan istəmirdilər. Axşama doğru Dismas və Gestasın ölümünü tezləşdirmək üçün romalı əsgər Cassius tərəfindən hər ikisinin ayaqları sındırıldı. İsa isə artıq ölmüşdü. Məryəm üçün indi əsas məsələ İsanı dəfn edəcək yeri tampaq idi. Sanhedrinin üzvü olan və bir çox xristian mənbələrində İsanın gizli həvarisi adlandırılan Yossef Arematea/Arematiyalı Yusif öz məzarını İsanı dəfn etmək üçün təklif etdi. Cəsad yuyuldu, ətirləndi kəfənlənib daş məzara qoyuldu. Məzarın başına iki romalı əsgər mühafizəçi qoyuldu ki, cəsəd həvarilər tərəfindən oğurlanmasın.
3 gün sonra isə məzarı ziyarətə gələn həvari Mariya Maqdalena möcüzəvi bir şəkildə Rabbi/Müəllim ilə qarşılaşdı. İsa dirildikdən sonra son mesajı dünyaya mənim sözlərimi çatdırın oldu. İsanın dünyadan çəkilişindən sonra, həvarilər Məryəmin ögey oğlu (İsanın mənəvi atası Yusif başqa bir qadınla evli idi və dolayası ilə İsanın qohumları, qardaşları vardı) Yaqubun başçılığı ilə 60-cı ildə ilk həvarilər şurasını qurdular. Bir qisim həvarilər bugün ki, Antakya/Antioxiya, bir qisim isə Romaya gəldi. Xristianlıq erkən dövrdə iki qrupa ayrılmışdı. İsaya inanan və Musa şəriətini uyğulayan yəhudi xristianlar bunlara Judeo Chretiens/Jewish Christianity, Pavelin rəhbərlik etdiyi digər qrupa isə Pagano Chretiens/Pagano Christianity bütpərəst xristianlar deyilirdi. Yəhudi xristianlar İsanın yeni bir din gətirmədiyini əksinə Musanın şəritəni təbliğ etdiyini iddia edir, sinaqoqa gedib dualar edir, sünnət qaydasını pozmurdular. Pavel isə İsaya iman gətirən romalıların sünnət olmasına ehtiyac olmadığını, İsanın isə əsla Musa şəriətinin davamı olmadığını bildirirdi. Zamanla 2-ci qrup öna çıxdı və Xristianlıq din kimi Pavelin tədrisatı, təbliğatı, şərhləri ilə bugünki formasını almış oldu.
20 Aprel xristianlar üçün ən müqəddəs bayram olan Pasxa bayramıdır. Bütün inanclı xristianları təbrik edirəm. İsa sadəcə xristian, yəhudi dini üçün deyil İslam dünyası və dini üçün ən mötəbər şəxsdir.
Gül rəmzi Məryəmin rəmzidir...
Pərviz Əliyev
visiontv.az