STATUS: Dediklərinizi əyilə-əyilə yox, Paşinyanın kimi düzünə deyəsiniz-jurnalist Asif Mərzili
06.06.2020

Diqqət edirəm, titulunun əvvəlinə tanınmış politoloq, siyasi elmlər doktoru, professor və s. yazılanlar AŞPA ilə bağlı belə deyirlər: "Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı qərəzli olmasını artıq bütün dünya bilir". Və ardınca da bu mənasız mövqeləri özündən deyən İnform agentlikləri yaymaqla məşğuldurlar.

Bu tanınmışların AŞPA ilə bağlı dedikləri isə buna bənzəyir: "Onsuz da hamımız bilirik ki, siçovullar həmişə bu çuvalları deşib qarğıdalını yeyir, əkin yerlərini deşikləyib taxılı məhv edirlər" Ay balam, bu dövlət bizim gəlirlərimizdən sizlərə ayda 3-5 min manat maaş, mənzil və s. verir ki, barı bir təklif və çıxış yolu da deyəsiniz...

Və dediklərinizi də əyilə-əyilə yox, Paşinyanın Şuşada əyilmədən söylədikləri kimi düzünə deyəsiniz... Vallah, bədbəxçilikdir...

Visiontv.az