Dünya İrandakı edamlara göz yuma bilməz, İslam Respublikası edamlardan qorxu yaratmaq və müxalifəti susdurmaq üçün istifadə edir.
Bu, ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda deyilib.
“Birləşmiş Ştatlar azadlıq və ədalət uğrunda mübarizədə İran xalqının yanındadır və bu dəhşətli qanun pozuntularını pisləməyə davam edəcək”, - Dövlət Departamentinin bəyanatında vurğulanıb.
Bildirilib ki, İran hökuməti təkcə noyabr ayında 260 məhbusi edam etsə də, yalnız onların ikisinin kimliyini rəsmi şəkildə açıqlayıb.
Qeyd edək ki, İran İnsan Haqları Təşkilatı cari ilin 11 ayı ərzində ölkədə 1426 məhbusun edam edildiyini bildirib.
Başqa insan haqları təşkilatları isə öktyabr ayının 8-ə kimi 1537 məhkumun dar ağacından asıldığı barədə məlumat yayıblar.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.
visiontv.az