SOCAR Misirin Dövlət Neft Korporasiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb
01.04.2026

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Misirin Dövlət Neft Korporasiyası (EGPC) arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən çərçivə müqaviləsi imzalanıb.

Bu barədə  SOCAR-dan məlumat verilib.

Bildirilib ki, imzalanma mərasimi "EGYPS 2026" – 9-cu Misir Beynəlxalq Enerji Konfransı və Sərgisi çərçivəsində baş tutub.

Tədbirdə enerji təhlükəsizliyi, dayanıqlı inkişaf, bərpaolunan enerji mənbələri və müasir texnologiyaların tətbiqi kimi aktual məsələlər müzakirə olunub.

SOCAR-ın vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov tədbir çərçivəsində panel müzakirələrində çıxış edərək  Azərbaycanın  Avropanın enerji təhlükəsizliyində artan rolunu və Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətini diqqətə çatdırıb.

visiontv.az