Güclü yağışlar nəticəsində Ordubadda qaya uçqunu olub
31.03.2026

Güclü yağan yağışlar nəticəsində Ordubad rayonu Xurs-Nürgüt kənd avtomobil yolunun 32-ci kilometrliyində qaya uçqunu baş verib.

Yolun hərəkət hissəsinə iri qaya parçaları tökülüb. Əraziyə  Naxçıvan  Avtomobil  Yolları  Dövlət  Agentliyinin canlı qüvvəsi cəlb olunub.

Qaya parçaları ərazidən yığışdırılıb, yolda təhlükəsiz hərəkət bərpa olunub.

visiontv.az