“Bloomberg” Avropa rəsmilərinə istinadən xəbər verir ki, ABŞ və Səudiyyə Ərəbistanı rəsmiləri avropalı müttəfiqlərinə qruplaşmanın hazırda gərginliyin daha da artmasından, həmçinin ABŞ və Səudiyyə obyektlərinə hücumlardan qaçmaq istədiyinə inandıqlarını deyiblər.
Bununla belə, agentliyin həmsöhbətləri əlavə ediblər ki, ABŞ və İsrailin İrana qarşı müharibəsi nə qədər uzun sürərsə, husilərin Qırmızı dənizi hədəfə alma ehtimalı bir o qədər yüksək olacaq. Onların sözlərinə görə, qruplaşma ABŞ-a qarşı təzyiq rıçaqlarını saxlamaq üçün qərar qəbul etməyi təxirə sala bilər.
Rəsmilərdən biri bildirib ki, ABŞ-ın İranın neft ixracının böyük hissəsini həyata keçirdiyi Xark adasını ələ keçirmək cəhdi husiləri hücumların miqyasını genişləndirməyə sövq edə bilər.
Agentlik qeyd edir ki, husilərin Qırmızı dənizin cənub hissəsində və Bab-əl-Məndəb boğazı yaxınlığında gəmilərə qarşı hər hansı kampaniyası qlobal enerji bazarlarını daha da qeyri-sabit edəcək.
visiontv.az