Albaneze: İqtisadi sarsıntılar hələ uzun müddət davam edəcək
01.04.2026

Avstraliyanın Baş naziri Entoni Albaneze Yaxın Şərqdəki müharibənin fəsadları səbəbindən yaxın aylarda mümkün ola biləcək növbəti iqtisadi çətinliklər barədə xəbərdarlıq edib.

 Bu barədə  "Al-Jazeera" telekanalı məlumat yayıb.

"Qarşıdakı aylar asan olmaya bilər. Mən bunu açıq şəkildə demək istəyirəm. Heç bir hökumət bu müharibənin yaratdığı təzyiqi tamamilə aradan qaldıracağına söz verə bilməz", - Albaneze xalqa müraciətində bildirib.

Benzin qiymətləri kəskin artdığı üçün  Albaneze kənd icmaları və əsas həyat təminatı xidmətləri üçün yanacağı qoruyub saxlamaq məqsədilə avstraliyalıları ictimai nəqliyyata keçməyə çağırıb.

"Avstraliya bu müharibənin iştirakçısı deyil. Lakin bu, bütün avstraliyalılara baha başa gəlir. Fermerlər və uzaq yol sürücüləri, kiçik bizneslər və ailələr üçün indi heç də asan deyil. Reallıq isə ondan ibarətdir ki, bu müharibənin səbəb olduğu iqtisadi sarsıntılar hələ uzun aylar bizi izləyəcək", - o qeyd edib.

visiontv.az