Dünyada yanacaq böhranı başladı: Sərt qənaət tədbirləri hər yeri bürüyür
01.04.2026

İndoneziya hökuməti dövlət xərclərinə və yanacaq istehlakına qənaət etmək məqsədilə yeni tədbirlər planı hazırlayıb.

Bu barədə "Bloomberg"  Asiya-Sakit okean regionunun iqtisadiyyatı üzrə analitiki  Svati Pandeyin sözlərinə istinadən məlumat yayıb.

Xəbərdə qeyd olunub ki, bu məhdudiyyətlərə dövlət qulluqçularının cümə günləri məcburi şəkildə distant işə keçirilməsi, fərdi nəqliyyat vasitələri üçün gündəlik yanacaq limitinin tətbiqi və məktəblərdə ödənişsiz qidalanmanın ixtisar edilməsi daxildir.

Rəsmi qurumlar qiymətlərin artması ilə bağlı hələlik hər hansı bəyanat verməsə də, "Barclays Bank"ın maliyyə ekspertləri bu ehtimalın yüksək olduğunu vurğulayırlar. Xatırladaq ki, bundan öncə  ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında logistika və təchizat çətinlikləri ilə üzləşən dövlətlərə yanacağı birbaşa  ABŞ-dən idxal etməyi məsləhət görmüşdü.

visiontv.az