Sistan və Bəlucistanda SEPAH üzvü öldürülüb
23.04.2026

İranın Sistan və Bəlucistan əyalətinin Gülşən bölgəsində yerli SEPAH üzvü güllələnib.

Bu barədə yerli mənbələr məlumat yayıb.

Məlumata görə, Mədəd Siyahi adlı SEPAH üzvü evinin qarşısında naməlum şəxslər tərəfindən öldürülüb.

Hələlik heç bir qrup hadisənin məsuliyyətini üzərinə götürməyib.

Bəluc fəallarının məlumatına görə, Mədəd Siyahi dəfələrlə SEPAH-dan atrılmaq istəsə də buna icazə verilməyib:

"Siyahi, İran-Amerika və İsrail müharibəsi dövründə xidmət yerinə getməkdən imtina edib və bu səbəbdən də onun hökumətə bağlı şəxslər tərəfində öldürüldüyü ehtimal olunur".

visiontv.az