Təbrizin İnqilab Məhkəməsinin 3-cü şöbəsində universitet müəllimi və hüquqşünas Əbülfəzl Rəncbəri və mədəni fəal Yunis Məraminin növbəti məhkəmə iclası keçirilib.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Aprelin 22-də keçirilən məhkəmə iclasında məhbuslar brələrində irəli sürülən "yer üzündə fəsad törətməyə kömək etmək və ona təhrik etmək" ittihamına görə müdafiə çıxışı ediblər.
O, bundan əvvəl Azərbaycan Respublikasında elmi konfransda iştirak etdiyinə görə "casusluq"da günahlandırılmışdı.
Qeyd edək ki, “Əmək Hüququ” və “Maliyyə Hüququ və "Dövlət Maliyyəsi” kitablarının müəllifi olan 57 yaşlı Əbülfəzl Rəncbəri 2025-ci il mayın 4-də həbs olunub.
Yunis Mərami isə 2025-ci il iyul ayının 9-da saxlanılıb.
Hər iki məhkum hazırda Təbriz həbsxanasının karantin bölməsində saxlanılırlar.
visiontv.az