Səsiniz güvəndədir
31.10.2024

TIME dərgisi üçün qələmə alınmış Barton Gellman imzalı məqalədə 5 noyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində namizədlərin seçgi gününün axşamı özlərini necə aparacaqlarını ana liz edir.

Müəllifə görə keçmiş prezident Donald Tramp axşam saatlarında “ağına-bozuna baxmadan”baxmadan qələbəsini elan edəcək. Əgər nəticələr Trampın dediyi olsa və o, haqlı çıxsa problem olmayacaq. Yox, əgər vitse-prezident Kamala Harris qalib gəlsə Tramp seçkilərin saxtalaşdırıldığını elan edərək, nəticələri rədd edəcək və onu ləğv etmək üçün ölkəni yanğın yerinə çevirəcək.

“Namizədlərdən biri qətiyyətli bir qələbə qazansa heç bir ağıllı adam buna şübhə edə bilməz”,– Gellman belə yazır. Lakin keçirilən bütün sorğular prezidentlik yarışında namizədlər başa-baş gedir. İctimai rəy sorğuları göstərir ki, bir çox amerikalılar seçki mexanizminə etibar edib-etməyəcəyinən əmin deyillər, bəziləri isə qəti şəkildə inanmadıqlarını ifadə edirlər. Bir sözlə Amerikanı, eləcə də bütün Dünyanı maraqlı və gözlənilməz bir on gün gözləyir…

Bir künc saatı və mətn şəkili ola bilər

İbrahim Nəbioğlu

visiontv.az