Şərqi Azərbaycan əyalətində 1000-dən çox tarixi yer müəyyən edilib və onların qorunması üçün milli qeydiyyata alınmaları, arxeoloji qazıntıların aparılması və yerlərin qoruması üçün proqramlar həyata keçirilir.
Bu barədə Şərqi Azərbaycan Mədəni İrs Təşkilatı məlumat yayıb.
Məlumata görə, arxeoloji qruplar tarixi təbəqələri müəyyən etmək və əsərləri sənədləşdirmək məqsədi ilə Mərəndin Yanıq təpədə, Həştrudun Zəhhak qalası, Təbriz düzənliyindəki bəzi qədim təpələr və başqa bu kimi bir neçə yerdə qazıntı və tədqiqatlar aparırlar.
Həmin yerlərin geniş tədqiqi və qorunması üçün kifayət qədər maddi vəsait ayrılmadığı bildirilib.
visiontv.az