Putinin Ukraynadakı işləri “son dərəcə pisdir”, amma geri çəkiləcəyi qədər deyil
21.05.2026

WSJ nəşri yazır ki, Rusiya ordusu son aylarda cəbhədə ciddi problemlərlə üzləşir, Ukrayna isə taktiki və texnoloji üstünlük əldə edə bilib.

“Rusiyanın işləri pis gedir, amma Vladimir Putini hərəkətə keçməyə məcbur edəcək qədər pis deyil”, materialda deyilir.

Qeyd olunur ki, Rusiyanın irəliləmə tempi hazırda son iki ilin ən aşağı səviyyəsindədir, Rusiya itkiləri isə hər ay on minlərlə nəfər qiymətləndirilir.

Əsas amillərdən biri kimi Ukraynanın orta mənzilli dronlarının inkişafı göstərilir. Bu dronlar dərin arxa cəbhədə logistika, qərargahlar, HHM və idarəetmə sistemlərinə zərbələr endirir.

“Rusiyanın belə məsafədən zərbə endirməsi getdikcə çətinləşir”, analitik Rob Li bildirib.

Bununla yanaşı, hərbi analitik Frans-Ştefan Qadi hesab edir ki, Ukrayna çoxlarının gözlədiyindən daha güclü mövqedədir. Amma müharibə uyğunlaşma dövrlərindən ibarətdir və əsas sual Rusiyanın Ukraynadakı təkmilləşmələrə cavab tapa bilib-bilməyəcəyidir.

visiontv.az