İran mətbuatında PJAK-la bağlı ziddiyətli xəbərlər yer alıb
21.05.2026

SEPAH-a yaxın “Fars” agentliyi Sakkız (Saqqez) şəhəri yaxınlığında bir mədənə “Pəjak terror qruplaşmasının hücumu” olduğunu iddia etsə də, bir neçə saat sonra şəhər valisi bu xəbəri “yalan” adlandırıb.

“Fars” agentliyi istinad göstərmədən yazıb ki, “bu gün saat 01:00 radələrində terror qruplaşması Pəjak 3 avtomobillə Saqqız yaxınlığındakı Mirgə Nəqşinə mədəninə hücum edib. Terrorçular əvvəlcə hər iki gözətçinin əl-qolunu bağlayıb və onların mobil telefonlarını söndürüb, daha sonra mədəndəki avadanlıqları yandırıblar. Hücum edənlər təxminən 30 dəqiqədən sonra ərazini tərk ediblər.”

Agentliyin iddiasına görə, hücum nəticəsində “bir ədəd ekskavator, bir ədəd buldozer və tam yaşayış şəraiti olan 4 konteyner, eləcə də təmir alətləri, ehtiyat hissələri və generator zədələnib.

Lakin bir neçə saat sonra Saqqız şəhərinin valisi Ziyəddin Nömani mediaya açıqlamasında “mədənə terror hücumu barədə iddiaların həqiqətə uyğun olmadığını” bildirib.

visiontv.az