Qərbin müdafiə sənayesi müəssisələri Hörmüz boğazında gəmilərin müşayiəti və minaların təmizlənməsi prosesinə yeni dəniz pilotsuz aparatlarını cəlb etməyi planlaşdırır.
Məlumata görə, mühüm dəniz marşrutunda təhlükəsiz hərəkəti bərpa etmək məqsədilə beynəlxalq təşəbbüslər çərçivəsində Böyük Britaniya Kanadanın "Kraken Robotics" müəssisəsinin istehsal etdiyi avtonom minaaxtaran gəmiləri həmin əraziyə göndərməyə hazırlaşır.
Eyni zamanda, Almaniyanın "Atlas Elektronik" şirkətinin "Seafox" adlı avtonom sualtı aparatının da bu əməliyyatlara qoşulması gözlənilir.
visiontv.az