Cənubi Koreya, rəsmi olaraq Koreya Respublikası Şərqi Asiyada, Koreya yarımadasının cənub hissəsini təşkil edən və Şimali Koreya ilə quru sərhədini paylaşan bir ölkədir. 51 milyonluq ölkə əhalisinin təxminən yarısı olan 25 milyon insan Seul Paytaxt Bölgəsində yaşayır.
Koreya yarımadasında Aşağı Paleolitik dövrdən bəri yaşayırlar. İlk krallığı eramızdan əvvəl 7-ci əsrin əvvəllərində Çin qeydlərində qeyd edilmişdir. 7-ci əsrin sonlarında Koreyanın Üç Krallığının Şila və Balhe-yə birləşdirilməsindən sonra, Koreya Qoryo sülaləsi (918-1392) və Çoson sülaləsi (1392-1897) tərəfindən idarə edildi. Növbəti Koreya İmperiyası 1910-cu ildə Yaponiya İmperiyasına birləşdirildi. Koreyadakı Yapon hakimiyyəti, keçmişin İkinci Dünya müharibəsində təslim olmasının ardından sona çatdı və bundan sonra Koreya iki bölgəyə ayrıldı; Sovet İttifaqı tərəfindən işğal edilmiş şimal zonası və ABŞ tərəfindən işğal edilmiş cənub zonası. Yenidən birləşmə danışıqları uğursuz olduqdan sonra, ikincisi 1948-ci ilin avqustunda Koreya Respublikası oldu, birincisi Şimali Koreya oldu.
1950-ci ildə Şimali Koreyanın işğalı ilə Koreya Müharibəsi başladı və bu da ABŞ-ın rəhbərliyindəki BMT-nin Cənuba dəstək üçün geniş müdaxiləsini gördü, Şimal isə Çindən və Sovet İttifaqından dəstək aldı. 1953-cü ildə müharibə bitdikdən sonra, ölkənin iqtisadiyyatı yüksəlməyə başladı və 1980-1990-cı illər arasında dünyada adambaşına düşən orta ÜDM-də ən sürətli artım qeydə alındı. İyun Mübarizəsi 1987-ci ildə avtoritar hakimiyyətin sona çatmasına səbəb oldu və bu ölkə indi mətbuat azadlığı ən yüksək səviyyədə olan və Asiyanın ən inkişaf etmiş demokratik dövlətlərindən biri sayılır. Bununla birlikdə, korrupsiya və siyasi qalmaqallar ciddi problem olaraq qalır; yaşayan dörd Cənubi Koreya prezidentinin hamısı səlahiyyətlərindən sui-istifadə etməkdən rüşvət və mənimsəməyə qədər müxtəlif cinayətlərə görə həbs cəzasına məhkum edilmişdir; iki nəfər hələ də cəzalarını çəkirlər.
1948-ci ildə qəbul olunmuş konstitusiyaya sonrakı illərdə bəzi dəyişikliklər edilib. 1980-ci illərə kimi bir neçə hərbi diktatura hakimiyyətini sinaqdan keçirmiş Koreya Respublikası hazırda müvəffəqiyyətlə liberal demokratiyanı inkişaf etdirməkdədir, 188-dən çox ölkə ilə diplomatik əlaqə saxlayır.
Cənubi Koreya inkişaf etmiş bir ölkədir və Asiya və Okeaniya bölgəsindəki İnsan İnkişafı İndeksində yeddinci ən yüksək ölkə olaraq sıralanır. İqtisadiyyatı nominal ÜDM-ə görə dünyanın on ən böyük ölkəsidir. Vətəndaşları dünyanın ən sürətli İnternet bağlantısı sürətlərindən və ən sıx sürətli dəmir yolu şəbəkəsindən istifadə edirlər. Ölkə dünyanın ən böyük beşinci ixracatçısı və ən böyük səkkizinci idxalçısıdır. Cənubi Koreya 2017-ci ildə dünyanın 7-ci ən böyük karbon emissiyası və adambaşına 5-ci böyük emitent idi. 21-ci əsrdən bəri, Cənubi Koreya dünyada nüfuzlu pop mədəniyyəti ilə, xüsusən də musiqi (K-pop), televiziya dramaları və kino dalğaları ilə məşhurdur, bu fenomen Koreya Dalğası adlandırılır. OECD İnkişafa Yardım Komitəsinin, G20 və Paris Klubunun üzvüdür.
Kpop’un mənası Koreya pop deməkdir və hal hazırda bütün dünyada məhşur olan musiqi janrıdır. Bu musiqi janrı pop, rep, rock, soul kimi bir çox musiqi növünü bir musiqi altına birləşdirməyi bacarır. Musiqiləri təkcə koreya dilində deyil eyni zamanda ingilis dilində cümlələrdən və ya sözlərdən ibarətdir. Hətta bir çox kpop musiqilərinin və qruplarının adı da ingilis dilindədir. Bəlkə elə buna görə dünyada məhşurdur bu kpop. Əslində kpop’a bir musiqi janrı demək də doğru deyil, çünki idollar rəqs şouları ilə sanki musiqi əsəri yaradırlar. Kpop’un özlüyündə bir mədəniyyət olduğunu da deyə bilərik.
Bir çoxlarımız bilməsə də, dünyanın kpop’u tanıması 2012-ci ildə PSY’nin Gangnam Style musiqisi ilə oldu. Daha sonra 2010-cu illər ərzində kpop daha çox ölkəyə yayılmağa başladı. O qədər yayıldı ki,insanlar musiqiləri öyrənmək üçün koreya dilini öyrənməyə maraq saldılar, hətta ölkəyə gedib orada yaşayanlar belə var. Dilini öyrənmək istəyənlər arasında mən də varam təbii ki. Musiqilərin bu qədər uğurlu alınmasına səbəb şirkətlər, fan qrupları xüsusilə ilə qrup üzvlərinin ciddi rejimlərdən keçməsidir. İdol olmaq istəyən şəxslər çox kiçik yaşlarından şirkətlərə idol olmaq üçün müraciət edirlər. Şirkətlər onlar üçün yarışmalar hazırlayırlar və şirkətlərinə uyğun olan şəxsləri seçib illər boyu dil dərsləri, vokal, rəqs dərsləri öyrədirlər. Hətta ədəb-nəzakət dərslərini də bunların arasına daxil etmək olar.
Təbii ki, təkcə bununla bitmir. Şirkətlər seçilmiş idollarla razılaşma imzalayırlar. Bu razılaşma sərt qaydalardan ibarətdir. Şəxsi münasibətləri ilə ön plana çıxmamaq, daha çox etdiyi işlərlə tanınmaq, şirkətin təşkil etdiyi evdə qrup üzvləri ilə birgə yaşamaq (bunun səbəbi isə sıx iş saatları kimi göstərilir), lazım olarsa gözəl görünmək üçün estetika etdirmək kimi qaydalar razılaşmaya daxildir. İdollar öz adları ilə deyil saxta adlarla tanınırlar. Bu adları da çox zaman şirkət təyin edir.Kpop idolları qruplar və ya solo şəklində fəaliyyət göstərə bilirlər.Ancaq qruplar solo sənətçilərdən üstünlük təşkil edir. Hər qrupda 3-13 nəfər arası dəyişən üzvlərdən ibarətdir və hər üzvün qrupda fərqli vəzifələri var. Üzvlərin vəzifələri bunlardır: əsas vokalist, sub-vokalçı, aparıcı vokalçı və rəqqasələr. Həmçinin qrupda yaşca hər kəsdən böyük lider seçilir və lider qrup üzvlərini bir araya gətirir. Bundan əlavə hər qrupun fanlarının adları olur.
Cənubi Koreyada mini drama şəklində olan koreya dilində seriallardır. Kdramalar bir rejissor və hir ssenari müəllifi tərəfindən yazılır və Amerika televiziya dramalarından fərqli olaraq hamısı birlikdə işləyir. Ümumilikdə seriallar 12-24 bölümdən ibarət olur. Tarixi dramalar isə digərlərinə nisbətən daha uzun olurlar, yəni 50 və ya 200 bölümə qədər çıxa bilir. Ancaq bir sezon şəklində olur. Hazırki dövrdə dramalar 1 sezon,12-24 bölüm və 60 dəqiqə uzunluğunda olur. Əksər dramalarda sevgidən və ya ailə içi problemlərdən bəhs edilir. Bir az cringe və ya klişe olmasına baxmayaraq, Koreyanı sevməyən, musiqilərini dinləməyən dostlarım belə Kdramaların həqiqətən çox maraqlı və gözəl olduğunu deyirlər.
Bir az da Koreya mətbəxindən danışaq. C. Koreyalılar dəniz məhsulların yeməyi həddindən artıq çox sevirlər. Çox qəribədir ki, canlı ahtapot belə yeyə bilirlər. Bunu necə bacardıqları ilə bağlı heç bir fikrim yoxdur. Bundan başqa Koreya mətbəxində düyü, tərəvəz, ət böyük ölçüdə rola malikdir. Kimçi demək olar ki, hər zaman bütün yeməklərin yanında yeyilir. Ən çox istifadə olunan inqridientlər arasında küncüt yağı, soya sosu, duz,sarımsaq, qırmızı toz bibər və kələm yer alır. Bura bir neçə məhşur koreya yeməklərinin adını qeyd edirəm: Jajangmyeon, kimchi, acılı tteokbokki, bulgogi, bibimbap, kimbap, mandu, ramyun, bingsu, ahtapot.
Mənbələr:
https://listelist.com/k-pop-dunyasi/
https://yemek.com/kore-mutfagi/
https://tr.wikipedia.org/wiki/Kore_dramas%C4%B1
Bünyamin Bünyadzadə
Visiontv.az