SEPAH üç F-35 qırıcı təyyarəsinin məhv edildiyini bəyan edib
31.07.2026

İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, Qeşm adasındakı iki yaşayış evinə hücuma cavab olaraq onun Hava-Kosmik Qüvvələri İordaniyadakı Əl-Əzrəq aviabazasına bir neçə balistik zərbə endirib.

SEPAH-ın iddiasına görə, hücumun hədəfi Amerikanın F-35 qırıcılarının yerləşdiyi meydança və onlara texniki xidmət göstərilən anqar olub. Bəyanatda deyilir ki, üç təyyarə tamamilə məhv edilib, daha üçü isə ciddi zərər görüb.

Bununla yanaşı, SEPAH zərbə nəticəsində bir neçə amerikalı zabitin, həmçinin texniki mütəxəssislərin və xidmət heyətinin həlak olduğunu iddia edir.

visiontv.az