İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində kəşfiyyat zabiti Mehran Salarzadə güllələnərək öldürülüb.
Bu haqda yerli mənbələr məlumat yayıb.
Onun evinin qarşısında naməlum silahlılar tərəfindən öldürüldüyü bildirilib.
Əyalətin polis idarəsinin yaydığı məlumatda isə Mehran Salarzadənin polis zabiti olduğu qeyd olunub.
Hələlik heç bir qruplaşma hücumun məsuliyyətini öz üzərinə götürməyib.
visiontv.az
"Malaysia Airlines"ın pilotu İndoneziyada narkotiklə saxlanılıb: Onu ölüm cəzası gözləyir