İsrail xəfiyyəsi İrana casusluq edib
31.07.2026

Təl-Əviv Prokurorluğu İsrail vətəndaşına — məxfi hərbi bölmənin keçmiş əməkdaşına İran xüsusi xidmət orqanlarının xeyrinə casusluq etməklə bağlı ittiham irəli sürüb.

İstintaq zamanı məlum olub ki, təqsirləndirilən şəxs İran kəşfiyyatının əməkdaşı ilə əlaqəyə girib.

Bundan əlavə, o, əlaqələri asanlaşdırmaq məqsədilə başqa bir əsgərin də əməkdaşlığa cəlb olunmasında hərbçidən kömək istəyib.

Bu iş ictimailəşdikdən sonra İsrailin təhlükəsizlik xidmətləri bütün vətəndaşları və ölkə sakinlərini düşmən ölkələrin xarici təşkilatları və ya şəxsiyyəti məlum olmayan şəxslərlə hər hansı təmasdan çəkinməyə çağırıb.

Onların bəyanatında vurğulanır: "Biz vətəndaşları hər hansı şübhəli və ya qeyri-adi təmaslar barədə hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırırıq".

visiontv.az