Şəmkirdə 19 kiloqram narkotik vasitə aşkarlanıb
31.07.2026

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 35 yaşlı Azər Mustafayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat  Xidmətinin regional qrupundan  verilən məlumatda bildirilir ki, həmin şəxsdən 15 kiloqram marixuana və 4 kiloqram heroin aşkarlanıb.

"Saxlanılan şəxs ifadəsində əldə etdiyi narkotikləri müxtəlif ünvanlara çatdırmaq məqsədilə əldə etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb. A.Mustafayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib", - deyə məlumatda vurğulanıb.

visiontv.az