SEPAH Sistan və Bəluçistanda əməliyyat keçirib: Ölənlər var
21.04.2025

SEPAH Sistan və Bəluçistan əyalətinin Zahidan bölgəsindəki Çah Əhməd, Surnayi, İsmayılabad və Qalabid kəndlərinə hücum edib.

Bu barədə Bəluç Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində 1Vəli Məhəmmədzehi adlı mülki şəxs və SEPAH-ın İshaq Muxtari adlı üzvü həlak olub, 12 nəfər həbs edilib.

İranın rəsmi mediası SEPAH-ın bölgədə fəaliyyət göstərən silahlı "Ceyş əl-Ədl" təşkilatına qarşı əməliyyat keçiriyini yazıb.

visiontv.az