SEPAH "müqavimət oxu"nu dözümlü və sarsılmaz adlandırdı
07.10.2026

SEPAH 7 oktyabr hadisələrinin ildönümü günü bəyanat yayıb.

Bəyanatda deyilir: "Bu əməliyyat yalnız İsrail ordusunun məğlubedilməzliyi mifini həmişəlik dağıtmaqla qalmadı, həm də bütün bölgədə müqavimət cəbhəsini təkzibedilməz strateji reallığa çevirdi".

Habelə qeyd olunur ki, təzyiqlərə və yüksək rütbəli komandirlərin həlak olmasına baxmayaraq, müqavimət oxu "dözümlü və sarsılmaz olaraq qalır".

Yekunda SEPAH vurğulayıb ki, "müqavimətin Qüdsün azad edilməsinə və sionist rejiminin tamamilə məhv edilməsinə doğru yolu davam edəcək".

visiontv.az